İranın nüvə proqramı BMT-də yenidən diqqət mərkəzindədir
Bu gün BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) təsdiq edən 2231 saylı Qətnamənin icrasını nəzərdən keçirmək üçün iclas keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İclasda Rusiya nümayəndəsi bildirib ki, 2231 saylı Qətnamənin bütün müddəaları 18 oktyabr 2025-ci il tarixindən, JCPOA-nın qəbul edilməsinin onuncu ildönümündən etibarən qüvvədən düşüb.
Britaniya isə vurğulayıb ki, tətik mexanizmi 2025-ci ilin oktyabr ayında tam aktivləşdirildiyindən Qətnamə hələ də qüvvədədir.
Fransa nümayəndəsinin sözlərinə görə, İranın nüvə proqramı çərçivəsində 10 nüvə silahı istehsal etmək üçün kifayət qədər yanacağı var.
19:05 24.12.2025
Oxunuş sayı: 3178