İran hökumətindən parlamentə cavab: Nazirlər impiçment olunmayacaq
Bu gün İran prezidentinin icra məsələləri üzrə müavini Məhəmmədcəfər Qaempənah parlamentdə prezident və bəzi nazirlərin impiçmentlə hədələnməsindən sonra hökumətin mövqeyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə müsahibə verən Qaempənah bildirib ki, impiçment prosesi parlamentin qanuni hüququdur, ancaq hökumət heç bir naziri dəyişdirməyi planlaşdırmır. Onun sözlərinə görə, dəyişikliklə islahat anlayışları fərqlidir və mövcud qərar hər hansı nazirin vəzifədən kənarlaşdırılmasını gündəmə gətirmir.
Qaempənah qeyd edib ki, prezident Məsud Pezeşkian bəzi nazirliklərin fəaliyyətində zəiflik müşahidə olunarsa, islahatlar aparılacağını bildirib. Lakin o vurğulayıb ki, bu islahatlar kadr dəyişikliyi anlamına gəlmir
19:00 24.12.2025
Oxunuş sayı: 2993