ABŞ: Azərbaycan Qəzza üçün sülhməramlı missiyada iştirak edəcək
Azərbaycan Qəzza sektorunda mümkün beynəlxalq sülhməramlı missiyada iştirak etməyə razılıq verib. Bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi açıqlama verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Diplomatın sözlərinə görə, Vaşinqton bölgəyə Amerika qoşunlarının yerləşdirilməsini məqsədəuyğun hesab etmir. O bildirib ki, İsrail ordusunun Qəzza sektoruna yenidən daxil olması genişmiqyaslı müharibəyə səbəb ola və regionda normallaşma prosesini tamamilə dayandıra bilər.
“Biz istəmirik ki, ora Amerika hərbçiləri daxil olsun. İsrail qoşunlarının geri qayıtması tammiqyaslı müharibə və normallaşmanın olmaması demək olardı ki, bu da ciddi problemdir. Buna görə də beynəlxalq kontingent formalaşdırılacaq. İndoneziya, Azərbaycan və digər ölkələr artıq bu prosesdə iştirak etməyə razılıq veriblər”, – deyə ABŞ nümayəndəsi vurğulayıb.
Türkanə Məşədiyeva
18:40 24.12.2025
Oxunuş sayı: 3319