Liviyada üç günlük matəm elan edilib
Liviya Milli Razılıq Hökuməti (UMH) Baş Qərargah rəisinin Türkiyədə təyyarə qəzasında həlak olması ilə bağlı üç günlük rəsmi matəm elan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Bu müddət ərzində bütün dövlət qurumlarında bayraqlar endiriləcək, bütün rəsmi və mərasim tədbirləri dayandırılacaq. Bu qərar Türkiyənin paytaxtı Ankaraya rəsmi səfərdən qayıdan Liviya Ordusunun Baş Qərargah rəisi general-mayor Məhəmməd əl-Həddad və onun silahdaşlarının faciəli şəkildə həlak olması ilə əlaqədar verilib”.
Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın sözlərinə görə, liviyalı generalı daşıyan şəxsi təyyarə Ankaranın Esenboğa hava limanından Trablus istiqamətində saat 20:10-da yola düşüb və saat 20:52-də əlaqə kəsilib. Təyyarənin qalıqları Ankara vilayətinin Hayman rayonunda tapılıb.
Əl-Həddadi müşaviri Mohamed Al-Asawi Diab, Quru Qoşunlarının Baş Qərargah rəisi general-leytenant Əl-Faituri Gharib, briqada generalı Mahmud Əl-Kativi və Baş Qərargah rəisi Məhəmməd Ömər Əhməd Mahcubun mətbuat xidmətinin fotoqrafı müşayiət edib.
18:02 24.12.2025
Oxunuş sayı: 3558