Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib. Goranboy rayonundan olan Dilsuz Həqverdi oğlu Kərimov müharibədə Rusiya tərəfinin sıralarında döyüşüb.
Crossmedia.az Rusiya KİV-inə istinadən xəbər verir ki, onun ölümündən sonra Rusiya prezidenti Vladimir Putin tərəfindən “İgidliyə görə” ordeni ilə təltif edildiyi bildirilir.
Məlumata görə, Dilsuz Kərimov Rusiya ordusunun tərkibində hərbi əməliyyatlarda iştirak edib. Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.
Türkan Kərimli
17:41 24.12.2025
Oxunuş sayı: 2828