Belqorod vilayətində yük maşınına dron hücumu: Sürücü yaralanıb
Belqorod vilayətinin Qrayvoron şəhərində Ukraynaya məxsus pilotsuz uçuş aparatı yük maşınına hücum edib.
Crossmedia.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib.
Qubernatorun sözlərinə görə, hücum nəticəsində yük maşınının sürücüsü xəsarət alıb. Yaralı Qrayvoron Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər ona kürək və ayaq nahiyələrindən qəlpə yaraları diaqnozu qoyaraq ilkin tibbi yardım göstəriblər. Daha sonra müalicəsinin Belqorod şəhərində yerləşən 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilməsi qərara alınıb.
Hadisə zamanı yük maşını zədələnib, həmçinin çoxmənzilli yaşayış binasının bir mənzilinin şüşəsi sınıb.
Xatırladaq ki, dekabrın 23-də Belqorod vilayətinin Qruşevka kəndi yaxınlığında da pilotsuz təyyarənin nəqliyyat vasitəsinə hücumu nəticəsində dörd nəfər xəsarət almış, onlardan üçü həyatını itirmişdi. Bundan əvvəl isə bölgədə baş verən digər dron hücumu zamanı “Orlan” bölməsinin bir hərbi qulluqçusu yaralanmışdı.
Nəzrin Abbas
17:37 24.12.2025
Oxunuş sayı: 2926