Avropa Komissiyasında Milad kədəri: Rusiya aktivləri ilə bağlı razılaşma alınmadı
Brüsseldəki Avropa Komissiyası bu Milad bayramına ümidsiz və kədərli əhval-ruhiyyə ilə girir.Məlumata görə, dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı razılaşmanın əldə olunmaması qurum daxilində “boşluq” hissi yaradıb.
Crossmedia.az xəbər verir ki, aylarla davam edən müzakirələrə baxmayaraq, Aİ liderləri Ukraynaya təzminat krediti verilməsi və Mercosur ilə azad ticarət sazişinin imzalanması məsələlərində razılığa gələ bilməyiblər. Mercosur sazişinin imzalanması artıq 2026-cı ilin yanvarına qədər təxirə salınıb.
Diplomatik mənbələr bu vəziyyəti Aİ daxilindəki fikir ayrılıqlarının göstəricisi kimi qiymətləndirirlər. Komissiya isə gələcəkdə kompromis yollarının tapılacağına ümid edir.
Nastya Qəniyeva
17:36 24.12.2025
Oxunuş sayı: 3179