Makron: ABŞ Avropaya qarşı qorxutma siyasəti aparır
Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın Avropa Komissiyasının keçmiş üzvü Tyerri Breton və bir neçə avropalı vətəndaşın ABŞ-a girişini qadağan etməsi qərarını pisləyib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Makron bu addımı Aİ-nin rəqəmsal suverenliyinə qarşı “qorxutma və məcburetmə aktı” adlandırıb. O bildirib ki, Vaşinqtonun tənqid etdiyi rəqəmsal qaydalar Avropa Parlamenti və Şura tərəfindən demokratik və suveren proseslə qəbul olunub və platformalar arasında ədalətli rəqabəti təmin edir.
Fransanın xarici işlər naziri Jan-Nol Barro da ABŞ-ın qərarını sərt tənqid edərək, Rəqəmsal Xidmətlər Qanununun Avropada demokratik şəkildə qəbul edildiyini və ABŞ-a heç bir təsir göstərmədiyini vurğulayıb.
Nəzrin Abbas
17:32 24.12.2025
Oxunuş sayı: 3161