Telegram-ın qurucusu Pavel Durov Makronun oriyentasiyasına eyham vurdu
Telegram-ın qurucusu Pavel Durov sosial şəbəkə X-də şəxsi sperma donorluğu layihəsi üçün hazırladığı loqotipi paylaşıb. Loqotipdə onun ad və soyadının baş hərflərinə uyğun olan “pd” işarəsi yer alıb.
Crossmedia.az bildirir ki, paylaşım qısa zamanda istifadəçilər arasında müzakirələrə səbəb olub. İzləyicilər Durova xatırladıblar ki, Fransada “pd” ifadəsi homoseksuallara qarşı işlədilən kobud slenq söz kimi tanınır. Bu məqam sosial şəbəkə istifadəçilərinin diqqətini xüsusilə cəlb edib.
Müzakirələrə münasibət bildirən Pavel Durov isə cavabında məsələni ironik formada şərh edib. O qeyd edib ki, bu halda layihə “özünü homoseksual kimi göstərən, amma əslində olmayan bir layihə” təsiri bağışlayacaq. Durov bu fikrini Fransa Prezidenti Emmanuel Makronla müqayisə edərək, “Fransa prezidenti kimi, sadəcə tərsinə” ifadəsini işlədib.
17:22 24.12.2025
Oxunuş sayı: 3224