Çin Xalq Azadlıq Ordusu ABŞ üçün “getdikcə daha böyük təhlükə” yaradır - Pentaqon
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Konqresə təqdim etdiyi hesabatda Çin Xalq Azadlıq Ordusunun (PLA) hərbi potensialını sürətlə artırdığını və bunun ABŞ üçün “getdikcə daha böyük təhlükə” yaratdığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hesabatda qeyd olunur ki, Çinin tarixində misli görünməmiş hərbi genişlənmə ABŞ ərazisini daha həssas vəziyyətə salıb. Sənəddə həmçinin Çinin nüvə arsenalının sürətlə böyüməsi və amerikalıların təhlükəsizliyini birbaşa təhdid edə bilən digər hərbi imkanları vurğulanır.
Pentaqonun məlumatına görə, Pekin nüvə potensialını artırmaqda davam edir və 2030-cu ilə qədər 1 000-dən çox nüvə başlığına sahib olmağı planlaşdırır. Bununla yanaşı, Vaşinqtonun qiymətləndirmələrinə əsasən, 2024-cü ildə Çinin təxminən 600 nüvə başlığı mövcud olub.
Günel Verdiyeva
16:56 24.12.2025
Oxunuş sayı: 2809