Vətəndaşlar Azərbaycan benzinindən istifadə etməkdə sərbəstdirlər - Papoyan
Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bəyan edib ki, ölkə vətəndaşları Azərbaycan mənşəli benzini alıb-almamaq məsələsində sərbəstdirlər.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
“Əziz vətəndaşlar, siz seçim etməkdə azadsınız”, — deyə Gevork Papoyan Azərbaycanın benzinindən imtina etmək imkanına münasibət bildirərkən deyib.
“Dövlətin vəzifəsi sizə geniş seçim imkanı yaratmaqdır”, — deyə o əlavə edib.
Bu bəyanat, Azərbaycandan Ermənistana benzin idxalı və bu cür tədarüklərin məqsədəuyğunluğu ilə bağlı ictimai müzakirələr fonunda səsləndirilib.
Türkanə Məşədiyeva
16:46 24.12.2025
Oxunuş sayı: 2521