Rusiya səfirliyi Kopenhagendəki “Rus Evi”nin siyasi fəaliyyətlə məşğul olmadığını bildirir
Danimarkadakı Rusiya səfirliyi Kopenhagendə fəaliyyət göstərən “Rus Evi”nin təbliğat kampaniyaları apardığına dair iddiaları təkzib edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Səfirliyin açıqlamasında qeyd olunub ki, “Rus Evi”nin məkanı vaxtaşırı Rusiyada yaşayan soydaşlar tərəfindən uşaq teatr studiyasının tədbirləri, eləcə də teatr, musiqi və poeziya gecələrinin təşkili üçün istifadə olunur. Bundan başqa, uşaqlar üçün rus dili dərsləri keçirilir. Yaxın zamanda isə onlar üçün Rusiya Şaxta babasının iştirakı ilə Yeni il şənliyi təşkil edilib.
“Nazırlıq etdiyimiz bu tədbirlərdən başqa, ‘Rus Evi’ heç bir digər fəaliyyətlə məşğul olmur” – deyə səfirlik vurğulayıb.
Günel Verdiyeva
13:50 24.12.2025
Oxunuş sayı: 3089