Azərbaycalıların orqanlarını satan ukraynalı qadın ekstradisiya edilib
Polşa hüquq-mühafizə orqanlarının məlumatına görə, azərbaycalıların orqanlarının qanunsuz satışı ilə məşğul olan ukraynalı qadın Polşadan Qazaxıstana ekstradisiya olunub.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
İstintaq materiallarına əsasən, o, 2017–2018-ci illərdə canlı insanların orqanlarının alqı-satqısı ilə məşğul olan beynəlxalq mütəşəkkil cinayət qrupunun üzvü olub.
Cinayətkar qrupun bu müddət ərzində 56 qanunsuz transplantasiya əməliyyatı həyata keçirdiyi iddia olunur.
Polşa tərəfinin açıqlamasında bildirilir ki, cinayət sxeminin qurbanları bir sıra ölkələrin vətəndaşları olub. Zərərçəkənlər arasında Azərbaycan, Qazaxıstan, Ermənistan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Tailand vətəndaşları da yer alır.
Mehriban İbrahimli
11:16 24.12.2025
Oxunuş sayı: 4118