Rusiyaya 135 kiloqramdan çox həşişin qaçaqmalçılığının qarşısı alınıb
Rusiya Federal Gömrük Xidməti, Federal Təhlükəsizlik Xidməti (FSB) və Daxili İşlər Nazirliyi Belarus gömrük orqanları ilə birgə Rusiyaya 135 kiloqramdan artıq həşişin qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısını alıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Federal Gömrük Xidmətinin açıqlamasına görə, narkotik vasitələr Avropa İttifaqı ölkələrindən Belarus ərazisindən tranzit keçməklə Rusiyaya daşınırmış. Həşiş xüsusi gizli bölmələrlə təchiz edilmiş iri yük avtomobilində aşkar edilib. Bildirilir ki, gizlətmə mexanizmləri peşəkar şəkildə hazırlanıb və qaçaqmalçılığın aşkar edilməməsi üçün mürəkkəb üsullardan istifadə olunub.
Əməliyyat nəticəsində mütəşəkkil cinayət şəbəkəsinin səkkiz üzvü saxlanılıb. Saxlanılanlar arasında Rusiya və Belarus vətəndaşları, o cümlədən qrupun əsas üzvləri, əlaltıları və narkotik vasitələrin alıcıları yer alıb.
Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir. Hüquq-mühafizə orqanları narkotiklərin son təyinat nöqtəsinin və cinayət şəbəkəsinin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini genişləndirib.
Sevinc Yarməmmədova
10:29 24.12.2025
Oxunuş sayı: 3809