İsrail, Yunanıstan və Kipr Türkiyəyə qarşı əməkdaşlığı gücləndirir
İsrail üçtərəfli sammitə ev sahibliyi edib. Görüşdə İsrailin Baş naziri Binyamin Netanyahu, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Kipr Prezidenti Nikos Xristodulidis iştirak ediblər.
Crossmedia.az bu xəbər verir ki, sammitin əsas müzakirə mövzusu şərqi Aralıq dənizində hərbi fəaliyyətini artırdığı bildirilən Türkiyənin “müdafiəsi və qarşısının alınması” məsələsi olub.
Tədbirdə birgə mətbuat konfransında çıxış edən Netanyahu bildirib:
“İmperiyalarını bərpa etməyi və torpaqlarımız üzərində hökmranlıq qurmağı xəyal edənlərə deyirəm: bunu unutun. Belə olmayacaq. Bu barədə heç düşünməyin.”
Məlumata görə, İsrail, Yunanıstan və Kipr liderləri həmçinin yüksək səviyyədə “tez reaksiya qüvvələrinin” birgə yaradılması təşəbbüsünü müzakirə ediblər. Bu addım regionda təhlükəsizliyin gücləndirilməsi və hərbi koordinasiyanın artırılması məqsədi daşıyır.
Sevinc Yarməmmədova
10:12 24.12.2025
Oxunuş sayı: 3868