Tramp Epşteynin təyyarəsində dəfələrlə uçub
ABŞ-ın prezidenti Donald Trampın mərhum maliyyəçi Jeffrey Epşteynlə əlaqələrinə dair yayımlanan yeni sənədlər diqqət mərkəzinə düşüb. Sənədlər Trampın Epşteynə məxsus şəxsi təyyarədən dəfələrlə istifadə etdiyini göstərir. Məlumata görə, bu uçuşlar 1990-cı illərin ortalarında baş verib və məsələ hazırda ABŞ-da aparılan hüquqi araşdırmalar fonunda yenidən gündəmə gəlib.
Sənədlərə əsasən, Donald Tramp 1993–1996-cı illər arasında Jeffrey Epşteynə məxsus təyyarədə ən azı səkkiz uçuşda sərnişin kimi qeydə alınıb. Bu məlumatlar Epşteyn işi ilə bağlı ictimaiyyətə açıqlanan materiallar arasında yer alır və beynəlxalq mediada geniş rezonans doğurub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Tramp müxtəlif vaxtlarda həmin uçuşlarda keçmiş həyat yoldaşı Marla Meyplz, qızı Tiffani və oğlu Eriklə birlikdə olub. Qeyd olunur ki, 1993-cü ildə baş tutan uçuşlardan birində təyyarədə yalnız Donald Tramp və Jeffrey Epşteyn olub. Digər bir reysdə isə sərnişinlər yalnız Epşteyn, Tramp və həmin dövrdə 20 yaşında olan 20 yaşlı bir qadın olub.
Məktubda həmçinin vurğulanır ki, daha iki uçuş zamanı təyyarədə olan qadın sərnişinlər Ghislaine Maxwell işi üzrə potensial şahid qismində çıxış edə bilərlər. Bildirilir ki, bu faktlar Epşteynin fəaliyyəti ilə bağlı aparılan məhkəmə araşdırmaları çərçivəsində xüsusi əhəmiyyət daşıyır və yeni hüquqi qiymətləndirmələrə səbəb ola bilər.
Xatırladaq ki, Jeffrey Epşteyn azyaşlıların cinsi istismarı ilə bağlı ittihamlar fonunda 2019-cu ildə həbs olunmuş, daha sonra həbsxanada ölü tapılmışdı. Onun işi ABŞ-da uzun müddətdir siyasi və ictimai müzakirələrin mərkəzində qalmaqda davam edir.
Sevinc Yarməmmədova
09:58 24.12.2025
Oxunuş sayı: 3290