Paşinyan parlament seçkiləri ərəfəsində necə "xal qazanır"? - Açıqlandı
Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə hər dəfə yüklərin Ermənistana tranzitinə görə təşəkkür etməsinin arxasında şəxsi qorxuları və parlament seçkiləri ərəfəsində Bakıya loyal görsənmək cəhdi dayanır.
Crossmedia.az xəbər verir ki, bu barədə erməni politoloq Ara Poqosyan "Sputnik Armenia"ya müsahibəsində bildirib.
Ekspert hesab edir ki, Paşinyan bununla cəmiyyətdə yaranmış daxili legitimlik böhranını kompensasiya etməyə çalışır və özünü sülhün yeganə təminatçısı kimi təqdim edir.
Poqosyanın sözlərinə görə, baş nazir ictimaiyyətə alternativ qüvvələrin guya Azərbaycanla münasibətləri qura bilməyəcəyi və bunun yeni müharibəyə gətirib çıxara biləcəyi fikrini aşılamaq istəyir.
Səriyyə Tağıyeva
23:48 23.12.2025
Oxunuş sayı: 994