Belqorod vilayətində dron hücumu: ölənlər və yaralılar var
Belqorod vilayətində avtomobilin dronla vurulması nəticəsində bir mülki şəxs həlak olub, üç nəfər yaralanıb.
Crossmedia.az "İzvestiya -ya istinadən xəbər verir ki, bu barədə dekabrın 23-də vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Onun sözlərinə görə, Şebekinski rayonunun Novaya Tavoljanka kəndində dronun avtomobilə dəyməsi nəticəsində iki nəfər yaralanıb, onlardan biri xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Qrayvoron şəhərində isə dron partlayışı nəticəsində bir qadın və 13 yaşlı oğlan xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.
Səriyyə Tağıyeva
23:36 23.12.2025
Oxunuş sayı: 1065