Rusiya nümayəndəsi Ulyanov: İranın raket proqramı danışıqlar mövzusu deyil
Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib ki, İranla aparılan danışıqlar yalnız nüvə məsələsi ilə məhdudlaşdırılmalıdır və raket proqramı müzakirə olunmamalıdır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Onun sözlərinə görə, danışıqların gündəliyinə raket proqramı və regional təhlükəsizlik məsələlərinin daxil edilməsi prosesi qeyri-real edir və bu yanaşma “bir güllə ilə üç quş vurmağa cəhd” kimi qiymətləndirilə bilər.
Ulyanov həmçinin İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayinin mövqeyini dəstəklədiyini vurğulayıb. Bəqayi daha əvvəl bildirmişdi ki, İranın raket proqramı danışıqlar mövzusu deyil və yalnız ölkənin müdafiə məqsədlərinə xidmət edir.
Türkan Kərimli
19:36 23.12.2025
Oxunuş sayı: 996