İsveçrə 100-ə yaxın ukraynalı qaçqını deportasiya edib
İsveçrə 2022-ci ilin fevralından etibarən Rusiya xüsusi hərbi əməliyyatının başlanmasından bəri təxminən 100 ukraynalı qaçqını deportasiya edib.
Bu barədə Crossmedia.az "Le Temps"in verdiyi məlumata istinadən xəbər verir.
Bildirilir ki, söhbət digər ölkələrdə müvəqqəti qoruma statusu almış ukraynalılardan gedir.
Onlardan səkkizi Dublinq qaydalarına daxil olan ölkələrə (Avropa İttifaqının 27 ölkəsi, İslandiya və Norveç) göndərilib, 89 nəfər üçüncü ölkələrə, beşi isə Ukraynaya geri qaytarılıb. Ukraynaya qaytarılanlar xüsusi uçuşlarla deportasiya olunublar.
Qəzet xatırladır ki, Rusiya xüsusi əməliyyatının başlanmasından bəri Ukraynanı 4 milyondan çox insan tərk edib.
Əvvəlki məlumatlarda bildirilirdi ki, Polşada ukraynalı qaçqınlara qarşı narazılıq 2014-cü ildən bəri ən yüksək səviyyəyə çatıb və sorğulara görə polşalıların 45%-i ukraynalı qaçqınların ölkəyə qəbuluna qarşıdır.
Mehriban İbrahimli
18:16 23.12.2025
Oxunuş sayı: 874