Fransa Avropa İttifaqına Ukraynaya yardımı dayandırmağı tələb edir
Fransanın sağçı “Ayağa Qalx, Fransa” partiyasının lideri Nikola Dyupon-Enyan Avropaya Ukraynaya maliyyə və hərbi dəstəyi dayandırmaq çağırışı edib.
Bu barədə Crossmedia.az onun sosial şəbəkədəki paylaşımına istinadən xəbər verir.
Avropa İttifaqı və Fransa müharibəni dəstəkləməyi dayandırmalı və sülhün bərqərar olmasına kömək etməlidir.
Fransız siyasətçinin sözlərinə görə, beləliklə, Avropa İttifaqı cinayətkar şəbəkələri və qanunsuz silah dövriyyəsini dəstəkləməkdə iştirak edir. Əvvəllər Parisien qəzeti xəbər verib ki, Qərbdən göndərilən silahların bir çoxu Ukraynaya çatdıqdan sonra “radarlardan itib-batır”.
Qəzet vurğulayır ki, Ukrayna hələ konflikt başlamazdan əvvəl qanunsuz silah ticarətinin mərkəzi kimi tanınırdı.
Mehriban İbrahimli
18:06 23.12.2025
Oxunuş sayı: 1015