Xersonda 60 minə yaxın sakin işıqsız qalıb
Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin (USQ) enerji infrastrukturasına yönəlmiş zərbəsi nəticəsində 60 mindən çox sakin işıqsız qalıb.
Bu barədə Crossmedia.az vilayətin qubernatoru Vladimir Saldo öz Telegram kanalında yaydığı məlumata istinadən xəbər verir.
Saldo bildirib ki, işıqsız qalan ərazilər bunlardır: Aleşkinski, Qolopristanski, Skadovski, Çaplinski, Kalançak və Xahovsk munisipal dairələri.
“Ukrayna pilotsuz uçuş aparatlarının yüksək fəaliyyəti səbəbindən ‘Xersonenerqo’ əməkdaşları hələlik təmir işlərinə başlaya bilmirlər. Elektrik təchizatının bərpası vəziyyət stabilləşdikdən sonra başlanacaq”, — deyə qubernator qeyd edib.
Eyni gün Zaporojye vilayətinin qubernatoru Yevgeni Balitski isə bildirib ki, iki kənd — Primernoye və Novoukraynka — yüksək gərginlikli xəttin zədələnməsi nəticəsində işıqsız qalıb. Hadisədən 341 abunəçi təsirlənib.
Daha əvvəl USQ Xerson vilayətində uşaq bağçasına hücum etmişdi.
Mehriban İbrahimli
17:45 23.12.2025
Oxunuş sayı: 1023