Paşinyan katolikos II Qareginin istefası ilə bağlı addımlar ata bilər
Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı il seçkiləri ərəfəsində bütün ermənilərin katolikosu II Qareginin vəzifədən kənarlaşdırılması məsələsini həll etmək məqsədilə güc strukturlarına onun yaxın çevrəsinin həbs edilməsi barədə göstəriş verməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki,nəşrin məlumatına görə, Paşinyan yaxın tərəfdarları və bu yaxınlarda Müqəddəs Eçmiədzin kanselyariyasına II Qareginin istefasını tələb edən məktub təqdim etmiş müxalif mövqedə olan yepiskoplarla birlikdə baş kilsəyə getməyi planlaşdırır.
Qəzet yazır ki, ötən həftə baş nazir müxalifətin, Eçmiədzini müdafiə edənlərin potensial imkanlarını, həmçinin onun addımlarına qarşı çıxa biləcək tərəfdarların sayını qiymətləndirmək üçün yoxlama aparıb.
Bununla yanaşı, “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələri Paşinyanın dekabrın 28-də Eçmiədzində keçiriləcək liturgiyada mümkün iştirakı barədə rəsmi şəkildə məlumatlandırılmadıqlarını bildiriblər. Baş nazirin mətbuat katibi isə liturgiyanın harada keçiriləcəyi məsələsinin hələlik açıq qaldığını qeyd edib.
Nastya Qəniyeva
17:02 23.12.2025
Oxunuş sayı: 967