Rusiya Azərbaycan və Türkiyədən nə istəyir?: Baş verənlər təsadüf deyil!
Türkiyəyə məxsus “Orinda” gəmisi noyabrın 17-də Ukraynada PUA tərəfindən atəşə tutulub. Hücum nəticəsində gəmidə yanğın baş verib.
Hadisə zamanı 16 nəfərlik heyət təxliyə olunub.
Məlumata görə, xəsarət alan olmayıb.
Bildirilir ki, ekipaj üzvlərinin səhhəti yaxşıdır və yanğın dənizdə nəzarət altına alınıb.
Bundan əvvəl Ukraynada Azərbaycan səfirliyi vuurlmuşdu. Hər iki hadisənin eyni vaxtda- Bakıda keçirilən hərbi paraddan sonrakı dövrə düşməsi və eyni bu və ya digər formada Rusiya ilə bağlı olması müəyyən suallar yaradır. Baş verənlər təsadüfdür, yoxsa Türk dünyası, o cümlədən onun iki aparıcı üzvü məqsədli şəkildə hədəf alınır.
Türkiyəli politoloq Hüsametdin İnaç bu barədə Crossmedia.az-a açıqlamasında deyib ki, sözügedən hadisələr heç bir halda təsadüf ola bilməz: "Ümumiyyətlə, Rusiya ilə Türk dünyası, o cümlədən Türkiyə arasında yeni mərhəl əbaşlayıb. Ardıcıllığa fikir verin- əvvəlcə Azərbaycana məxsus sərnişin təyyarəsi müəmmalı şəkildə qəzaya uğradı, sonra səfirlik binası hədəf alındı, Türkiyə helikopteri qəzaya uğradı, ardınca da Türkiyə gəmisi vuruldu. Bu, onu göstərir ki, Rusiya açıq şəkildə Türk Dövlətləri Təşkilatının (TDT) inkişafından və güclənməsindən narahatdır. Xüsusilə nəzərə almaq lazımdır ki, TDT-nin son iclasında müdafiə və təhlükəsizlik sahəsində əldə olunan razılaşmalar Moskvanın xoşuna gəlmir. Türküstanın vahid, koordinasiyalı siyasəti Rusiyanı qıcıqlandırır. Əslində Rusiyanın başı Ukraynadakı müharibəyə qarışmasa idi daha sərt addımlar ata bilərdi".

O, həmçinin ABŞ-nin Yaxın Şərq siyasətindən də danışıb: "Azərbaycan və və Türkiyə bu siyasətdə, o cümlədən Qəzzada atəşkəsin əldə olunmasında mühüm rol oynayırlar. Bu isə Moskvanın maraqlarına uyğun deyil. Çünki Rusiya və İranın Yaxın Şərqdə təsir imkanları azalır. Somali- Sudan xəttində baş verənlər də Rusiyanı narahat edir. Ümumiyyətlə, Rusiya Ukraynada mövqe savaşında qazansa da, Cənubi Qafqazda, Türküstanda, Yaxın Şərqdə uduzur və buna görə Türkiyəni günahlandırır. Yeri gəlmişkən deyim ki, ABŞ də Rusiya ilə Türkiyənin arasını vurmağa çalışır. Türkiyə artıq Rusiyaya qarşı sanksiyalara qoşulmağa məcbur edilir. Davam edən müharibədən tam zəifləməsə və məğlub olmasa, Rusiya gələcəkdə Azərbaycan və Türkiyəyə qarşı daha sərt ritorika sərgiləyə bilər".
13:34 18.11.2025
Oxunuş sayı: 2494