Deputat: "Ermənistanın davranışları sülh yönümlü deyil"


"Ermənistanın davranışları sülh yönümlü deyil, burada manipulyasiya cəhdləri var".
Bu sözləri Crossmedia.az-a geniş müsahibəsində Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
"Bundan başqa, Avropa Parlamentinin Azərbaycana qarşı 3 dəfə qətnamə qəbul etməsi sanki Avropa Komissiyasının açıq şəkildə deyə bilmədiyini deyirdi. Bütün bunlara dəstək olan elə Makron siyasətidir. Bundan əlavə, 2023-cü ildə təkcə Fransanın Ermənistana yardımı 11 milyon 500 min avro təşkil edir. Avropa Sülh Fondunda isə bu göstərici 10 milyon avrodur və artmaqda davam edir. Ermənistan rəsmilərinin ittihamları və Fransanın Ermənistandakı səfiri Olivye Dekotyinin səsləndirdiyi ifadələr sülh sazişinə mane olur. Əgər Ermənistan sülhə maraqlıdırsa, o zaman silahlanmaya nə gərək var? Belə bir halda 3-cü bir dövlətin missiyasına ehtiyac yoxdur", - o bildirib.
Parlamentari qeyd edib ki, Ermənistan sülhün qalan razılaşdırılmamış iki maddəsi üzrə əməli işlər görməlidir: "Yarımçıq sülh isə tərəflərə xeyir gətirə bilməz. Ona görə ki, Ermənistanın Konstitusiyasında göstərilir ki, “Dağlıq Qarabağ” onun tərkib hissəsidir. Əgər müqavilə bu şəkildə qəbul edilərsə, Konstitusiya Məhkəməsi bu müqaviləni qəbul etməyib, geri çevirə bilər.
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/20054
16:27 03.03.2025
Oxunuş sayı: 1053