Rusiya Müdafiə Nazirliyi: 51 Ukrayna dronu vurulub
Rusiya 51 Ukrayna dronunun vurulduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin hava hücumundan müdafiə qüvvələri gün ərzində Ukraynaya məxsus 51 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Bildirilib ki, dronlar Krasnodar diyarı və Azov dənizi üzərində vurulub.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, əməliyyat noyabrın 18-də Moskva vaxtı ilə saat 08:00-dan 20:00-dək davam edib.
Qeyd edək ki, bu məlumat Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır. Müstəqil mənbələr tərəfindən rəqəmlər təsdiqlənməyib.
23:17 18.11.2026
Oxunuş sayı: 37