Ermənistan parlamentində qalmaqal: Spiker müxalifət deputatını zaldan qovub
Ermənistan parlamentində baş nazir Nikol Paşinyanın çıxışı zamanı gərginlik yaşanıb.
Crossmedia.az xəbər verir ki, “Güclü Ermənistan” müxalifət partiyasından olan deputat Edqar Kazaryan Paşinyanın çıxışını yerindən şərh etdikdən sonra parlamentin spikeri Ruben Rubinyan sərt reaksiya verib.
Spiker deputata qarşı kobud ifadələr işlədərək onu iclas zalını tərk etməyə çağırıb.
Rubinyan Kazaryana “Sən qorxaqsan! Rədd ol buradan! Tez ol, çıx bayıra!” deyə müraciət edib.
Qeyd edək ki, Edqar Kazaryanın parlament iclasından uzaqlaşdırılması ilk dəfə baş vermir.
21:17 18.11.2026
Oxunuş sayı: 32