Mirzoyan Azərbaycanla sülh danışıqlarında məhbus məsələsinə toxundu
"Ermənistan Bakıdakı erməni məhbusların azad edilməsini Azərbaycanla sülh sazişinin imzalanması üçün ilkin şərt kimi nəzərdən keçirmir".
Crossmedia.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə hökumət saatı zamanı bildirib.
Nazirin sözlərinə görə, məhbusların qaytarılması məsələsini sülh sazişinin imzalanması ilə sərt şəkildə əlaqələndirmək danışıqlar prosesini dalana dirəyə bilər.
Mirzoyan qeyd edib ki, Bakıdakı erməni məhbusların mövcudluğu sülhə yaxınlaşmağa kömək etmir. Bununla belə, o hesab edir ki, onların qaytarılması məsələsi həll olunana qədər müqavilənin imzalanmasından imtina etmək sülhü daha da uzaqlaşdıra bilər.
“Əgər biz indi müqaviləni imzalasaq və ayrı-ayrı məsələlər üzrə tədricən əməkdaşlıq etsək, gec-tez digər problemlərin həllinə imkan verəcək vəziyyət yaranacaq”, – deyə nazir vurğulayıb.
21:13 18.11.2026
Oxunuş sayı: 131