Peskov Putin və Trampın görüşü barədə danışdı
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Çində keçirilən APEC sammiti çərçivəsində hələlik konkret məsələləri müzakirə etməyiblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, iki ölkə lideri Çin Xalq Respublikasının Sədri Si Cinpinin adından təşkil olunan rəsmi qəbul zamanı yalnız bir-birini salamlayıb.
Jurnalistlərin liderlər arasında konkret söhbətin olub-olmaması ilə bağlı sualını cavablandıran Peskov qısa şəkildə “Xeyr, onlar sadəcə salamlaşıblar vəssalam” deyib.
Qeyd edək ki, Putin və Trampın Çin səfəri çərçivəsində mümkün üçtərəfli görüşü beynəlxalq gündəmin diqqət mərkəzindədir.
20:27 18.11.2026
Oxunuş sayı: 36