Səfir: Avstriya və Azərbaycan münasibətlərində müsbət dinamikanı qorumaq vacibdir
Avstriya-Azərbaycan münasibətlərində müsbət dinamikanı qorumaq vacibdir.
Crossmedia.az xəbər verir ki, bu barədə Avstriyanın Azərbaycandakı səfiri Etyen Berxtold "X" sosial şəbəkəsində yazıb.
"Bu gün Bakıda siyasi məsləhətləşmələr keçirilib. İkitərəfli münasibətlərimizdə, eləcə də Ermənistanla sülh prosesindəki irəliləyişdə müsbət dinamikanı qoruyub saxlamaq vacibdir. Biz həmçinin beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardıq", - səfir qeyd edib.(Report)
18:33 18.11.2026
Oxunuş sayı: 34