DSMF altı ayda 62,6 milyon manat gəlir əldə edib
2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) investisiya fəaliyyətindən 120,5 milyon manat, bu ilin I yarısında isə 62,6 milyon manat gəlir əldə edib.
Crossmedia.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, qurum ötən il dövlət zəmanətli istiqrazlara 690 milyon manat, bu ilin I yarısında 197,5 milyon manat, əks-repo əməliyyatlarına ötən il 1 milyard 210,5 milyon manat, bu ilin I yarısında 1 milyard 42,8 milyon manat, bank depozitlərinə isə ötən il 10 milyon manat vəsait yönəldib. Ümumilikdə 2025-ci ildə investisiyaya yönəldilmiş vəsait 2024-cü illə müqayisədə 34,1 % çox olub.
Eyni zamanda, investisiya fəaliyyətindən bank və kommersiya xərci 2025-ci il üzrə 0,6 milyon manat, 2026-cı ilin I yarısı üzrə isə 0,2 milyon manat olub.
İnvestisiya fəaliyyətindən əldə edilmiş gəlirdən ölkə Prezidentinin 29 dekabr 2024-cü il tarixli sərəncamının icrası çərçivəsində 85,6 milyon manat vəsait ayrılıb. Həmin vəsaitdən ümumilikdə 12,9 milyon manat olmaqla, 2025-ci ilin dekabr ayında 12,1 milyon manat, 2026-cı ilin yanvar ayında isə 0,9 milyon manat məbləğ istifadəsiz vəsait kimi geri qaytarılıb.
Həmçinin Fondun 2026-cı ilin I yarısı üzrə investisiya fəaliyyətindən gəlir hesabına dövlət başçısının 25 dekabr 2025-ci il tarixli sərəncamının icrası çərçivəsində 56,65 milyon manat vəsait ayrılıb.
16:16 18.11.2026
Oxunuş sayı: 72