Hesablama Palatası İşsizlikdən Sığorta Fondunda çatışmazlıq aşkarlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) sair gəlirlərinin potensialı tam nəzərə alınmayıb.
Crossmedia.az bu barədə Hesablama Palatasının Fondun 2027-ci il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi Rəydə bildirilir.
"Bu ilin I yarısında Fondun "sair gəlirlər"inin icra olunmuş kimi göstərilmiş 2,8 milyon manat məbləğinin 403,8 min manatı işsizlikdən sığorta haqları üzrə hesablanmış faiz və maliyyə sanksiyalarından, 0,03 min manatı əmək kitabçalarının realizəsindən, 2,4 milyon manatı digər gəlirlərdən (qarantiya və sair müqavilələr üzrə cərimələr və s.), 49,2 min manatı artıq ödənişlərin geri qaytarılmasından, 0,3 min manatı isə artıq ödənilmiş əməkhaqqı və digər vəsaitlərin geri qaytarılmasından daxilolmalar hesabına formalaşıb. Bu gəlirlərin icra göstəriciləri əvvəlki illərdə də təsdiq olunmuş göstəricilərdən fərqlənib. Göstərilənləri və cari il üçün müşahidə olunan meyli diqqətə alaraq Hesablama Palatası növbəti büdcə ili üzrə sair gəlirlərin proqnozunda gəlir potensialının tam nəzərə alınmadığı qənaətindədir", - deyə rəydə qeyd olunub.
16:41 18.11.2026
Oxunuş sayı: 65