Tramp, Putin və Si Cinpin əl sıxaraq qısa söhbət ediblər
ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin bir araya gələrək əl sıxıb və qısa fikir mübadiləsi aparıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə beynəlxalq KİV məlumat yayıb.
Bildirilib ki, liderlərin təması Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutub.
Üç ölkə liderinin qısa söhbətinin məzmunu barədə hələlik ətraflı məlumat açıqlanmayıb.
Qeyd edək ki, Tramp, Putin və Si Cinpin arasında noyabrın 19-da üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır.
15:34 18.11.2026
Oxunuş sayı: 96