Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı gücləndirir
Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq, xüsusilə birgə təlimlər və müdafiə sənayesi sahəsində genişləndirilir.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
“Qardaş Azərbaycanla qarşılıqlı etimad əsasında hərbi əməkdaşlığımızı, ilk növbədə, birgə təlimlər və müdafiə sənayesi sahələrində gücləndiririk”, – deyə nazir vurğulayıb.
Yaşar Gülər, həmçinin Türkiyənin Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesini diqqətlə izlədiyini bildirib.
16:33 18.11.2026
Oxunuş sayı: 64