Si Cinpin Trampı Putindən fərqli qarşıladyıb
Çin Prezidenti Si Cinpin ABŞ Prezidenti Donald Trampı Şençjen hava limanında şəxsən qarşılayaraq diplomatik protokol baxımından qeyri-adi addım atıb.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Noyabrın 18-də Trampı gətirən "Air Force One" təyyarəsi Şençjen hava limanına endikdən sonra Si Cinpin ABŞ liderini təyyarənin pilləkənləri qarşısında gözləyib.
Liderlər əl sıxıb, qucaqlaşıb və daha sonra qırmızı xalça üzərində hərəkət ediblər.
Maraqlıdır ki, həmin gün Çinə gələn Rusiya Prezidenti Vladimir Putini Si Cinpin deyil, Çin Kommunist Partiyası Siyasi Bürosunun Daimi Komitəsinin üzvü Tsay Tsi qarşılayıb.
Məlumata görə, bu, Si Cinpinin prezidentliyi dövründə xarici dövlət başçısını hava limanında şəxsən qarşıladığı ilk hadisədir.
Qeyd edək ki, Tramp, Putin və Si Cinpinin noyabrın 19-da üçtərəfli görüş keçirməsi planlaşdırılır.
16:11 18.11.2026
Oxunuş sayı: 96