Gələn il sanatoriya yollayışlarının sayı azalacaq
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təqdim etdiyi məlumata əsasən, 2027-ci ildə tam dəyəri 20,5 milyon manat olan 20 000 ədəd sanatoriya-kurort yollayışı verilməsi nəzərdə tutulur.
Crossmedia.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bunlar, 2026-cı ilin gözlənilən göstəricisi ilə müqayisədə 7,3 % azdır.
O cümlədən, gələn il tam dəyəri 18,4 milyon manat olan, amma haqqı qismən (15 % olmaqla) ödənilən 18 000 yollayış verilməsi planlaşdırılır. Bunlar isə bu ilin gözlənilən göstəricisinə nisbətən 7,3 % azdır.
16:55 18.11.2026
Oxunuş sayı: 60