Azərbaycanlı deputatlar NATO-nun toplantısında iştirak edəcəklər
Milli Məclisin deputatı, NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Ramid Namazov və heyətin üzvü Samir Vəliyev qurumun 72-ci illik sessiyasında iştirak etmək üçün noyabrın 19-da Almaniya Federativ Respublikasının Berlin şəhərinə səfər edəcəklər.
Crossmedia.az xəbər verir ki, Deputatlarımız illik sessiya çərçivəsində NATO PA-nın plenar iclasında və Siyasi, Demokratiya və təhlükəsizlik, Müdafiə və təhlükəsizlik, İqtisadiyyat və təhlükəsizlik, Elm və texnologiya komitələrinin iclaslarında iştirak edəcəklər.
Səfər noyabrın 24-də başa çatacaq.
15:12 18.11.2026
Oxunuş sayı: 83