Rusiya Odessaya dronlarla hücum edib
Rusiyanın Ukraynanın Odessa şəhərinin mərkəzində yerləşən yaşayış ərazilərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumu nəticəsində ölən və yaralananlar var.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Noyabrın 18-də baş verən hücumlar nəticəsində azı 4 nəfər həyatını itirib, yaralananlar var. Şəhərin mərkəzində yaşayış binalarına və digər obyektlərə ziyan dəyib.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya qüvvələri xilasedicilər və polis əməkdaşları hadisə yerinə çatdıqdan sonra həmin ərazini yenidən dronlarla hədəfə alıblar.
Hazırda hadisə yerində hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir, yaralılara tibbi yardım göstərilir.
Zelenski hücumu mülki əhaliyə qarşı zərbə kimi qiymətləndirib.
Ukrayna Prezidenti Rusiyaya beynəlxalq təzyiqlərin artırılmasının və ölkəsinə dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.
17:06 18.11.2026
Oxunuş sayı: 59