ABŞ İrana qarşı istifadə müddəti bitmiş silahlardan istifadə edib
ABŞ Hərbi Dəniz Qüvvələri İran əleyhinə keçirilən “Epic Fury” hərbi əməliyyatı zamanı istifadə müddəti bitmiş döyüş sursatlarından istifadə edib.
Crossmedia.az xəbər verir ki, "Associated Press" bu barədə məlumat yayıb.
Kao noyabrın 17-də ABŞ Senatında keçirilən dinləmələr zamanı bildirib ki, hərbi sursat ehtiyatlarına yaranan təzyiq səbəbindən əvvəllər istifadə müddəti bitmiş kimi təsnif edilən bəzi silahların kodları dəyişdirilərək yenidən istifadəyə verilib.
“Epic Fury əməliyyatında istifadə etdiyimiz sursatların əhəmiyyətli hissəsinin kodlarını dəyişdirə bildik. Onlar ‘Code Echo’ və ‘Code Foxtrot’ kimi qeyd olunmuşdu ki, bu da istifadə müddətinin bitdiyini göstərir”, – deyə o bildirib.
Pentaqon rəsmisinin sözlərinə görə, bu üsul əvvəllər istifadəyə yararsız kimi qeyd edilən bəzi sursatların hərbi əməliyyatlarda tətbiqinə imkan yaradıb.
Bununla belə, yenidən kodlaşdırılan sursatların dəqiq sayı və növləri açıqlanmayıb.
Qeyd edək ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatları zamanı böyük həcmdə sursatdan istifadə olunması ölkənin silah ehtiyatlarına əlavə təzyiq yaradıb.
16:01 18.11.2026
Oxunuş sayı: 81