Yaponiyanın Baş naziri Çinə səfər edib
Yaponiyanın Baş naziri Sanae Takaiçi Çinin Şençjen şəhərinə səfər edib.
Crossmedia.az xəbər verir ki, "Sinxua" agentliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, Takaiçi noyabrın 18-də Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün Çinə gəlib.
Səfər Yaponiya ilə Çin arasında Tayvan məsələsi ətrafında yaranmış diplomatik gərginlik fonunda baş tutur.
Beynəlxalq KİV-in məlumatına görə, tərəflər arasında ayrıca rəsmi görüşün keçirilməsi gözlənilmir. Bununla belə, sammit zamanı liderlərin qısa təması mümkün hesab olunur.
15:38 18.11.2026
Oxunuş sayı: 90