Tramp Filippinlə yeni ticarət sazişini elan edib
ABŞ Prezidenti Donald Tramp Filippinlə yeni ticarət sazişinin əldə olunduğunu açıqlayıb. Sazişin xüsusilə Amerika fermerləri və enerji sektoru üçün əlverişli olacağı bildirilir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
"Filippinlə tamamilə yeni və əvvəlkilərdən fərqli ticarət sazişi əldə etdiyimizi elan etməkdən məmnunam. Bu, tarixi əhəmiyyət daşıyan razılaşma olacaq və xüsusilə fermerlərimiz, eləcə də enerji sahəsində fəaliyyət göstərənlər üçün böyük fayda gətirəcək", – deyə ABŞ Prezidenti bildirib.
Tramp Filippin Prezidenti Ferdinand Markosun liderlik keyfiyyətlərini də yüksək qiymətləndirib.
"Prezident Markos güclü lider, yüksək dürüstlüyə və nüfuza malik insandır. Onun, gözəl həyat yoldaşının və oğlunun yanında olmaq mənim üçün şərəf idi", – deyə o vurğulayıb.
ABŞ Prezidenti açıqlamasını "Çində görüşənədək!" sözləri ilə tamamlayıb.
Yeni ticarət sazişinin konkret şərtləri və qüvvəyə minmə tarixi barədə əlavə məlumat verilməyib.
15:29 18.11.2026
Oxunuş sayı: 77