Paşinyan xalqa müraciət edəcək
Ermənistanın yeni Konstitusiya layihəsinin yaxın günlərdə ictimaiyyətə təqdim olunacağı gözlənilir. Baş nazir Nikol Paşinyanın isə sənədin dərcindən əvvəl xalqa müraciət edəcəyi bildirilir.
Crossmedia.az xəbər verir ki, Ermənistanın "Azatutyun" nəşri bu barədə məlumat yayıb.
Ermənistan parlamentinin vitse-spikeri Vaaqn Aleksanyan bildirib ki, yeni Konstitusiya layihəsi bir neçə gün ərzində açıqlanacaq.
Onun sözlərinə görə, sənədin təqdimat formatı ilə bağlı əlavə məlumat veriləcək və proses şəffaf şəkildə həyata keçiriləcək.
Məlumata əsasən, Baş nazir Nikol Paşinyan layihənin ictimaiyyətə təqdim edilməsindən əvvəl vətəndaşlara müraciət etməyə hazırlaşır.
Qeyd edək ki, Ermənistanın yeni Konstitusiya layihəsi ətrafında hakimiyyətlə müxalifət arasında fikir ayrılıqları mövcuddur. Mübahisəli məsələlərdən biri Müstəqillik Bəyannaməsinə istinadın yeni Konstitusiyaya daxil edilməməsidir.
17:03 18.11.2026
Oxunuş sayı: 83