Almaniyadan Azərbaycana yeni investisiya mesajı
Almaniya və Azərbaycan şirkətləri xüsusən də enerji sektorunda, o cümlədən "yaşıl hidrogen" istehsalı və bərpa olunan enerji mənbələrinin inkişafı sahələrində birgə investisiyalar üçün əhəmiyyətli potensiala malikdirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin xarici işlər naziri Yohan Vadefulun Bakıya səfərinin yekunlarına dair sosial şəbəkələrdəki məlumatında bildirilib.(Report)
15:16 18.11.2026
Oxunuş sayı: 83