Si Cinpin və Putin Çində görüşüblər
Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin Şençjen şəhərində görüş keçiriblər.
Crossmedia.az xəbər verir ki, Çinin "Sinxua" xəbər agentliyi bu barədə məlumat yayıb.
Görüş noyabrın 18-də Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutub.
Tərəflər Rusiya-Çin münasibətlərini, ikitərəfli əməkdaşlığın inkişafını və beynəlxalq məsələləri müzakirə ediblər.
Qeyd edək ki, noyabrın 19-da Şençjendə ABŞ Prezidenti Donald Trampın da iştirakı ilə üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.
https://www.instagram.com/reel/Df36JgTN20i/?fqnt=MXJvbXBrd2VlNzFkdw==
10:23 18.11.2026
Oxunuş sayı: 124