Antalyada bomba həyəcanı yaşanan təyyarə eniş edib – 65 nəfər təxliyə olunub
Rusiyanın "Azimut" aviaşirkətinə məxsus, bomba təhlükəsi barədə xəbərdarlıq edilən "Sukhoi Superjet 100" sərnişin təyyarəsi Türkiyənin Antalya hava limanına təhlükəsiz eniş edib.
Crossmedia.az xəbər verir ki, Rusiya və Türkiyə mediası bu barədə məlumat yayıb.
Bildirilib ki, Mineralnıye Vodı–Antalya marşrutu üzrə uçuş həyata keçirən təyyarənin enişi normal şəraitdə baş tutub.
Enişdən sonra təyyarədə olan 65 nəfər təxliyə edilib.
Təhlükəsizlik xidmətlərinin apardığı yoxlamalar zamanı təyyarənin göyərtəsində partlayıcı qurğu aşkar olunmayıb.
Xatırladaq ki, təyyarə Türkiyənin hava məkanında olarkən göyərtədə bomba yerləşdirilməsi barədə siqnal daxil olmuşdu.
17:50 18.11.2026
Oxunuş sayı: 52