Qazaxda yol qəzasında 3 nəfər ölüb, xəsarət alanlar var
Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı yolunda qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını ilə digər avtomobil toqquşub. Qəza zamanı 3 nəfər hadisə yerində ölüb, xəsarət alanlar da var. Qəzada ölənlərdən ikisinin azyaşlı olduğu bildirilir.
Yaralılar xəstəxanaya yerləşdirilib.(APA)
19:55 18.11.2026
Oxunuş sayı: 33