Putin müharibəni nə vaxta qədər davam etdirmək niyyətindədir? – Kəşfiyyatdan açıqlama
"Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəni ən azı qışın sonuna qədər davam etdirmək niyyətindədir".
Crossmedia.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri Qərb kəşfiyyatının məlumatlarına istinadən yazıb.
Məlumata görə, Çində ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinlə planlaşdırılan görüşə baxmayaraq, Putin real danışıqlara hazır deyil.
Nəşrin yazdığına görə, Kreml Ukraynanın şərqində irəliləyiş əldə etməyə ümid edir. Rusiya eyni zamanda qış hücumları vasitəsilə Ukraynanı zəiflətməyə çalışacaq.
Bundan başqa, Moskva 2027-ci ildə keçiriləcək seçkilərdən sonra Avropanın Ukraynaya dəstəyinin zəifləyəcəyini gözləyir.
Beləliklə, Qərb kəşfiyyatının qiymətləndirməsinə görə, Kreml yaxın aylarda hərbi əməliyyatları davam etdirmək və Ukraynaya qarşı təzyiqi artırmaq niyyətindədir.
18:49 18.11.2026
Oxunuş sayı: 29