Putin G20 sammitinə qatılacaq? Kremldən açıqlama
Rusiya Prezidenti Vladimir Putinin ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammitində iştirak edib-etməyəcəyi ilə bağlı qərarın yaxın iki gündə verilməsi gözlənilmir.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Putinin sammitdə iştirakı məsələsi hələ müzakirə mərhələsindədir və bu barədə yekun qərarın qəbul edilməsi üçün vaxt lazımdır.
Qeyd edək ki, G20 sammiti dekabrın 14-15-də Mayamidə keçiriləcək.
20:39 18.11.2026
Oxunuş sayı: 37