Paşinyandan müxalifətə sərt mesaj: Onları hədələdi
Ermənistanın baş naziri Nikol Paşinyan hazırkı parlament müxalifətinin növbəti parlamentdə təmsil olunmaması üçün siyasi proseslər aparmaqla hədələyib.
Crossmedia.az xəbər verir ki, Paşinyan bu barədə parlamentdə hökumət saatı zamanı danışıb.
O, yeni Konstitusiyanın qəbulu məsələsinə toxunaraq, parlament müxalifətinin Azərbaycanla yekun sülhün əldə olunmasına maneə yaratdığını iddia edib.
Baş nazir bildirib ki, ya ictimai təzyiq nəticəsində müxalifət sülh prosesinə mane olmaqdan imtina etməlidir, ya da siyasi proseslər elə istiqamətdə aparılmalıdır ki, hazırkı müxalifət parlamentdə təmsil olunmasın.
“Ya biz ictimai təzyiq yaradırıq və müxalifət sülhə mane olmaq rolundan imtina edir, ya da siyasi prosesləri elə istiqamətdə aparırıq ki, bu müxalifət parlamentdə ümumiyyətlə olmasın. Qalanı artıq texniki məsələdir”, – Paşinyan vurğulayıb.
20:50 18.11.2026
Oxunuş sayı: 37