Paşinyan Ermənistanın NATO-ya üzvlüyü ilə bağlı mövqeyini açıqlayıb
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin NATO-ya qoşulmaq niyyətində olmadığını bəyan edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistan Avropanın təhlükəsizliyinin əsas prinsiplərini müəyyən edən sənədə də qoşulmayıb. Buna səbəb sənəddə NATO ilə bağlı yer alan müddəalar olub.
Qeyd edək ki, sözügedən sənəd noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin sammitində təqdim olunub. Sənəddə Avropanın təhlükəsizliyinin gücləndirilməsi, Ukraynanın suverenliyinə dəstək və NATO çərçivəsində müdafiə əməkdaşlığının dərinləşdirilməsi kimi məsələlər əksini tapıb.
23:06 18.11.2026
Oxunuş sayı: 38